Məhkəmələr yanvarın 25-dən fəaliyyətini bərpa edəcək

Məhkəmələr yanvarın 25-dən fəaliyyətini bərpa edəcək
  16 Yanvar 2021    Oxunub:2220
Ali Məhkəmə Azərbaycan sərtləşdirilmiş karanrtin rejimində məhkəmələrində işlərə baxılması ilə bağlı müvəqqəti təxirəsalınma müddətini uzadıb.
Azvision.az -ın məlumatına görə, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 9 dekabr tarixli məlumatında nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqi 2021-ci il 25 yanvar tarixinədək davam etdirilməsi tövsiyə edilib.

Azvision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti