“Turan Tovuz” Futbol Akademiyasının açılışı olub

“Turan Tovuz” Futbol Akademiyasının açılışı olub
  16 Yanvar 2021    Oxunub:2443
Bu gün “Turan Tovuz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş futbol akademiyasının açılış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev və “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Oqtay Abdullayev iştirak ediblər.

Akademiyanın tikintisinə FIFA və UEFA tərəfindən 3.5 milyon AZN, AFFA tərəfindən isə 800 min AZN (FIFA və UEFA 81 faiz, AFFA 19 faiz) maliyyə vəsaiti ayrılıb.

Tikinti prossesində elan olunmuş tenderlər vasitəsilə ayrı-ayrlıqda 19 şirkət iştirak edib. Sərf olunmuş vəsait akademiyanın ərazisində inşa olunmuş inzibati binalara, eyni zamanda dörd futbol meydançasına və sair işlərə sərf olunub.

Xatırladaq ki, AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixində keçirilən iclasında Tovuz rayonunda, “Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyasının təsis edilməsi və inşa olunması barədə qərar qəbul olunub.

AKADEMİYA

• Akademiya otaqları: 11 otaq - 70 nəfərlik

• Əsas komanda üçün otaqlar: 16 otaq - 30 nəfərlik

• 2 restoran, 2 mətbəx

• Fitnes, sauna, paltardəyişmə otağı

• Həkim otağı

• İclas otağı

• 11 nəfərlik ofis otağı

• Çamaşırxana

• Texniki və xidməti otaqlar

• 4 mini meydança (1 ədədi qapalı)

(bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub)

STADİON

• 4 paltardəyişmə otağı

• Mətbuat konfransı otağı

• Media iş otağı

• Tibb otağı

• Dopinq-nəzarət otağı

• Nümayəndə otağı

• Hakim otağı

• 2 Sky-Box

• Texniki otaqlar

(bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub)

TEXNİKİ

• Yarımstansiya

• Qazanxana

• Nasosxana

• Su rezervuarları

• Mərkəzi havalandırma

Azvision.az


Teqlər: Turan   Tovuz   Futbol   Klub  





Xəbər lenti