“Azərlotereya” Türkiyə şirkətinin idarəetməsinə verildi - SƏRƏNCAM

 “Azərlotereya” Türkiyə şirkətinin idarəetməsinə verildi -  SƏRƏNCAM
  16 Yanvar 2021    Oxunub:4658
Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

Nazirlər Kabineti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti arasında “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə”nin Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla bağlanmasını iki ay müddətində təmin edəcək. Həmçinin “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar lotereyaların, idman mərc oyunlarının təşkili və keçirilməsi, vergitutma, malların (işlərin və ya xidmətlərin) satın alınması ilə bağlı dövlət satınalmaları, dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalması, o cümlədən borcalmanın yuxarı həddi, habelə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması sahələrində mövcud tələblərin və prosedurların sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır.

İqtisadiyyat Nazirliyi isə müqavilə təsdiq edildikdən sonra “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti ilə təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin edəcək.

Azvision.az


Teqlər: Prezident   “Azərlotereya”  





Xəbər lenti