Türkiyənin vitse-prezidenti peyvənd olundu

Türkiyənin vitse-prezidenti peyvənd olundu
  17 Yanvar 2021    Oxunub:2828
Türkiyənin vitse-prezidenti Fuad Oktay koronavirus infeksiyasına qarşı peyvənd olunub.
Azvision.az xəbər verir ki, vitse-prezidentə Çin istehsalı “Sinovac” vaksini vurulub.

F.Oktay jurnalistlərə açıqlamasında prosedurun ona heç bir narahatlıq və xoşagələməz hallar yaşatmadığını deyib. O, həmçinin vurğulayıb ki, Türkiyənin peyvənd sistemi bütün dünya üçün nümunədir.

Qeyd edək ki, Türkiyədə “Sinovac” vaksini ilə kütləvi peyvəndləməyə yanvarın 13-də start verilib.

Azvision.az


Teqlər: Türkiyə   Peyvənd  





Xəbər lenti