Sülhməramlılar Qarabağda 530 hektar ərazini minadan təmizləyib

   Sülhməramlılar Qarabağda 530 hektar ərazini minadan təmizləyib
  17 Yanvar 2021    Oxunub:1645
Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri əraziləri minalardan təmizləməyə davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 23 noyabr 2020-ci il tarixindən başlayan əməliyyatlar müddətində Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən 530 hektar ərazi, 201 kilometr yol, 751 tikili döyüş sursatlarından təmizlənib, 23 mindən çox partlayıcı zərərsizləşdirilib.

Aşkar edilmiş partlayıcı vasitələr və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları isə yerindəcə zərərsizləşdirilir.

Azvision.az


Teqlər: Qarabağ   Rusiya   Sülhməramlı  





Xəbər lenti