“Komissiyanın “Veteran” adı vermək səlahiyyəti yoxdur” - Anar Eyvazov

 “Komissiyanın “Veteran” adı vermək səlahiyyəti yoxdur” -    Anar Eyvazov
  17 Yanvar 2021    Oxunub:4524
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə baxılması üçün yaradılmış komissiyaya “Veteran” adı və ya “Veteran kitabçası”nın təqdim edilməsi səlahiyyəti verilməyib.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

"Vətəndaşlarımızdan xahiş olunur ki, bu məsələ ilə bağlı komissiyaya müraciət etməsinlər", - deyə MN rəsmisi bildirib.

Qeyd edək ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb. Bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində həyata keçirilir.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti