Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu - FOTO

 Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu -  FOTO
  18 Yanvar 2021    Oxunub:6392
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev koronavirusa qarşı peyvənd olunub.
Azvision.az xəbər verir ki, nazir Bakı Sağlamlıq Mərkəzində peyvənd edilib.

Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı, Səhiyyə nazirinin müavini Viktor Qasımov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva koronavirusa qarşı peyvənd vurdurublar.

Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayır. İlk mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiya olunacaq.

Vaksinasiyanın ikinci mərhələsi fevralın 1-dən başlanılacaq.



















Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti