Baş Prokurorluq insan alveri ilə bağlı videoçarx hazırladı

  18 Yanvar 2021    Oxunub : 1301
Baş Prokurorluq insan alveri ilə bağlı videoçarx hazırladı
Azərbaycan Baş Prokurorluğu insan alverinə qarşı mübarizə məqsədilə bağlı videoçarx hazırlayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən “Qaynar xətt”, dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar:

"İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan “İnsan alveri” istismar məqsədi ilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür. Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır".



Azvision.az


Teqlər: İnsan-Alveri   Prokurorluq