“Vaksin kifayət qədər təhlükəsizdir” - Oqtay Şirəliyev

“Vaksin kifayət qədər təhlükəsizdir” -  Oqtay Şirəliyev
  18 Yanvar 2021    Oxunub:3026
Əksər ölkələrdə vaksinasiya prosesi ilin sonunda başlayacaq. Amma Azərbaycan bütün şirkətlərlə əlaqədə olub və ölkə rəhbərliyinin səyi nəticəsində ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Onun sözlərinə görə, vaksin kifayət qədər təhlükəsizdir: “Bu vaxta kimi heç bir fəsad aşkar edilməyib. İnsanları dəvət edirik ki, vaksinasiyaya qoşulsunlar”.



Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. Səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı və digər şəxslər koronavirusa qarşı peyvənd olunublar.

Aytən Zəhra
Azvision.az


Teqlər: Səhiyyə   Nazir   Oqtay-Şirəliyev  





Xəbər lenti