Peyvənd olunan baş həkim: “Özümü yaxşı hiss edirəm”

  18 Yanvar 2021    Oxunub : 5275
 Peyvənd olunan baş həkim:  “Özümü yaxşı hiss edirəm”
A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova müəssisədə koronavirus infeksiyasına qarşı peyvənd olunan ilk şəxsdir. O, vaksindən sonra özünü hələlik yaxşı hiss etdiyini bildirib.
Azvision.az xəbər verir ki, baş həkim heç bir reaksiyanın olmadığını qeyd edib.

“Çox sağlamam, çünki allergiyam və xroniki xəstəliyim yoxdur. Poliklinikada peyvənd olunmamışdan qabaq şəxslərin ilk növbədə təzyiqi, bədən hərarəti və hər hansı xroniki xəstəliyinin olub-olması, allergik reaksiyaları yoxlanılır. Pasiyent həkim müayinəsindən keçəndən sonra vaksin otağına göndəriləcək. Vaksinasiya prosesində öncə tibb işçiləri, 65 yaşdan yuxarı şəxslər iştirak edəcək. Daha sonra ərazimizdə yaşayan əhali peyvəndə dəvət olunacaq”, - deyə baş həkim vurğulayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Vaksinasiya