“Şəhid ailələri tezliklə evlə təmin olunacaq” - Nazir müavini

“Şəhid ailələri tezliklə evlə təmin olunacaq” -  Nazir müavini
  18 Yanvar 2021    Oxunub:2608
"Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə mənzillərin verilməsi növbəli şəkildə davam edir, Vətən müharibəsindən əvvəl onlarla bağlı proqram nəzərdə tutulub. Vətən Müharibəsi bitəndən sonra hazırda həmin kontingentdən olan ailələr dəqiqləşdirilir".
Azvision.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, mənzillərin hansı mərhələdə verilməsi ilə bağlı yanvarda proqram təsdiq olunacaq.

“Burada maliyyə yükü, rəqəmlərlə bağlı dəqiqiqləşmələr aparılır. Əminəm ki, həm birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində şəhid olanların ailələri qısa müddətdə çox gözəl evlərlə təmin olunacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şəhid-ailəsi   Mənzil  





Xəbər lenti