DANX ötən il daşınan sərnişinlərin sayını açıqladı

DANX ötən il daşınan sərnişinlərin sayını açıqladı
  18 Yanvar 2021    Oxunub:1604
2020-ci il ərzində Bakı-Sumqayıt istiqamətində 8 235 000 sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1 566 000, Bakı-Abşeron istiqamətində 3 402 000, Sumqayıt-Abşeron istiqamətində 3 267 000 sərnişin daşınıb.
Azvision.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin illik hesabatında bildirilir.

Məlumata görə, ötən il ərzində Bakı-Sumqayıt-Abşeron və əks istiqamətdə 150 avtobus istismar olunub.

"Onlardan Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib. Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə 355 istiqamət üzrə 1030 avtobus istismar olunub və 28215000 sərnişin daşınıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DANX   Avtobus   Sərnişin  





Xəbər lenti