Karantində 10 mindən çox taksinin fəaliyyətinə icazə verilib

Karantində 10 mindən çox taksinin fəaliyyətinə icazə verilib
  18 Yanvar 2021    Oxunub:1424
Xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən 10232 nəfər taksi ilə sərnişindaşıma və 9086 nəfər yükdaşıma xidməti göstərən sürücü barədə məlumatlar "icaze.e-gov.az" portalına yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin illik hesabatında qeyd olunub.

Bildirilib ki, 2020-ci ilin yanvar-dekabr ayları ərzində verilmiş 104 828 ədəd fərqlənmə nişanı üzrə 1 815 440 manat məbləğində vergi ödənilib.

“13 078 ədəd şəhərdaxili, 4683 ədəd şəhərlərarası, 16 426 ədəd taksi, 63 656 ədəd yükdaşıma, 2652 ədəd sifarişlə və 4333 ədəd xüsusi fərqlənmə nişanı təqdim edilib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Çağrı Mərkəzinə, rəsmi saytına və “Facebook” sosial hesabına 2020-ci il ərzində 18650 müraciət daxil olub”.

Azvision.az


Teqlər: Taksi  





Xəbər lenti