Azərbaycana bir ildə 54 minədək maşın gətirilib

Azərbaycana bir ildə 54 minədək maşın gətirilib
  18 Yanvar 2021    Oxunub:1553
2020-ci ildə Azərbaycana 647 milyon 596 min ABŞ dolları dəyərində 53 729 avtomobil idxal edilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 259-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 49 min 692-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 3626-sı yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 152-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Azvision.az


Teqlər: Gömrük   Avtomobil  





Xəbər lenti