“Şuşada Vaqifin heykəlini tapa bilmədim” - Şöbə müdiri
Bunu Azvision.az -a açıqlamasında Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov deyib.
Bu yaxınlarda Şuşadan qayıtdığını deyən Z.Abbasov oradakı abidələrin ermənilər tərəfindən məhv edildiyini söyləyib.
"Şuşadan bir neçə gün öncə qayıtmışam. Abidələrimizi, tarixi yerlərimizin çoxunu dağıdıblar. Molla Pənah Vaqifin heykəlini axtardım, amma tapa bilmədim. Görünür məhv ediblər. Yaxın günlərdə yenə gedəcəyəm, bu işlərlə məşğul olacağam. Mindən artıq eksponatı toplamışam.
30 ildir ki, biz burada Şuşanın bütün tarixi abidələrinin rəsmini hazırlamışıq. Orada 17 məhəllə olub, bütün məhəllələrin, küçələrin 300-dən artıq rəsm əsəri əlimizdədir. Şuşada asfalt yol çəkilmirdi, yolların hamısı qaya daşlarından düzəldilirdi. Hansı məhəllədə yerə nə qədər daş döşəndiyini belə bilirik. 1990-cı ildən bu vəzifəyə Şuşada təyin edilmişəm, elə həmin vəzifədə Şuşaya qayıdıram”, - deyə şöbə müdiri qeyd edib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Şuşa Prezident Səfər Abidələr