2855 şəhidimiz dəfn edilib, 50 nəfər itkindir - RƏSMİ

 2855 şəhidimiz dəfn edilib, 50 nəfər itkindir -  RƏSMİ
  18 Yanvar 2021    Oxunub:6110
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısı ilə BURADAN tanış ola bilərsiniz.

Azvision.az


Teqlər: Şəhid   Müdafiə-Nazirliyi  





Xəbər lenti