Ötən il bağlı qalan 310 cinayət açılıb

Ötən il bağlı qalan 310 cinayət açılıb
  18 Yanvar 2021    Oxunub:2021
2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb.
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti