“Ölkəmizə gətirilən vaksin yeni ştamm üçün də təsirlidir” - Ramin Bayramlı
Onun sözlərinə görə, Azərbaycana gələn bütün şəxslərin COVID-19 testindən keçməsi mutasiya olunmuş ştammların ölkəyə daxil olmasının qarşısını alır.
TƏBİB rəhbəri onu da qeyd edib ki, ölkəmizdə istifadə edilən vaksin COVID-19-un yeni ştammı üçün təsirlidir.
R.Bayramlı, həmçinin vurğulayıb ki, hazırda digər vaksin istehsalçıları ilə danışıqlar aparılır. Ehtiyac olarsa, başqa növ vaksinlərin ölkəyə gətirilməsi mümkündür.
Azvision.az
Teqlər: TƏBİB