Yalan məlumatlara inanmayın! - TƏBİB sədrindən çağırış

  18 Yanvar 2021    Oxunub : 1564
  Yalan məlumatlara inanmayın! -    TƏBİB sədrindən çağırış
“İnsanlarda əks-təbliğat hissləri oyadan, çaşqınlıq yaradan məlumatlar yayırlar”
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O, vətəndaşları TƏBİB adından sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmamağa çağırıb.

“Təəssüflər olsun ki, insanlara yalan məlumatların verilməsi halları olur. Vətəndaşlarımızdan xahişimiz odur ki, Səhiyyə Nazirliyinin, İcbari Sığorta üzrə Dövlət Agentliyinin rəsmi şəxslərinin açıqlamalarına etibar etsinlər”, - deyə R.Bayramlı qeyd edib.

Azvision.az

Teqlər: TƏBİB