Qanunsuz reklamın yayımı dayandırılıb

Qanunsuz reklamın yayımı dayandırılıb
  16 Fevral 2014    Oxunub:1161
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Samir Əfəndiyevə məxsus mağazada yoxlama aparıb.

AzVision.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyən edilib. Belə ki, mağazanın pəncərəsində “Endirim 50 faizə qədər” məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkarlanıb.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb.

Qanun pozuntusuna yol verən fiziki şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.


Teqlər:





Xəbər lenti