Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı

 Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı
  19 Yanvar 2021    Oxunub:2177
Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərmana əsasən, “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” və “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilib.

Müəyyən edilib ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir

Fond əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiqləməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti