Yağıntılar davam edəcək, temperatur 0 dərəcəyə yaxınlaşacaq

 Yağıntılar davam edəcək, temperatur 0 dərəcəyə yaxınlaşacaq
  19 Yanvar 2021    Oxunub:2301
Ölkə ərazisində Aralıq dənizi siklonun keçməsi nəticəsində respublikanın əksər rayonlarında yağıntılar müşahidə olunur. Bu gün saat 12:00-a olan məlumata görə, gecə saatlarından yağan qar dağlıq və dağətəyi rayonlarda qar örtüyünün əmələ gəlməsinə səbəb olub.
Azvision.az xəbər verir ki, bunu Millli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, ən yüksək qar örtüyü Qax rayonunun dağlıq ərazilərində müşahidə olunub.

"Digər rayonlar - Şəki, Gədəbəy, Göygöl, Daşkəsən, Oğuz, Qəbələ, Ordubad, Qusar və Xaltan rayonunda qar örtüyünün hündürlüyü 2sm-dən 15 sm-dək müşahidə edilib.

Bu gün respublikanın əksər rayonlarında yağıntılar davam edəcək, axşama doğru respublikanın hətta Aran rayonlarında yağışın sulu qara və qara keçəcəyi planlaşdırılır. Bakıda və Abşeron yarımadasında yanvarın 20-də yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir.

Havanın temperaturu gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq. Yanvarın 20- dən 21-ə keçən gecə və yanvarın 21-dən 22-ə keçən gecə paytaxtda temperaturun 0 -2 dərəcə olacağı planlaşdırılır", - deyə U.Tağıyeva qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qar   Hava  





Xəbər lenti