BTC kəməri ilə 33 milyon ton neft ixrac olunub

BTC kəməri ilə 33 milyon ton neft ixrac olunub
  16 Fevral 2014    Oxunub:6364
Ötən il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 33 milyon ton xam neft ixrac olunub.
2013-cü ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə 33 milyon ton (247,2 milyon barel) xam neft ixrac olunub.

AzVision.az xəbər verir ki, “bp-Azərbaycan” şirkətindən AzərTAc-a bildiriblər ki, kəmərin gündəlik ötürmə gücü 1,2 milyon bareldir. 2013-cü ildə BTC üzrə əsaslı işlərə 75 milyon dollar sərf edilmişdir. Bu il üçün isə həmin göstəricinin 119 milyon dollar olacağı nəzərdə tutulur.

BTC boru kəməri ilə əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz”dən çıxarılan kondensat nəql edilir. Bundan əlavə, kəmərlə Türkmənistan nefti də ötürülür. Ötən ilin oktyabrından başlayaraq BTC ilə Tengiz neftinin nəqli bərpa edilib.

Ümumiyyətlə, 2006-cı ilin iyunundan - Ceyhandan ilk tankerin yola salındığı vaxtdan 2013-cü ilin axırınadək BTC boru kəməri ilə nəql edilən təxminən 245,4 milyon ton xam neft Ceyhan limanında 2390 tankerə yüklənərək dünya bazarlarına göndərilib.


Teqlər:





Xəbər lenti