20 Yanvar şəhidlərinin 101 ailə üzvü Prezident təqaüdü alır

   20 Yanvar şəhidlərinin 101 ailə üzvü Prezident təqaüdü alır
  19 Yanvar 2021    Oxunub:1985
Hazırda 20 Yanvar şəhidlərindən 92 nəfərin 101 ailə üzvü və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan 274 nəfər Prezidentin aylıq təqaüdləri ilə təmin olunur.
Bu barədə Azvision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, dövlət başçısının Fərmanı ilə bu təqaüdlər cari ilin əvvəlindən növbəti dəfə artırılaraq şəhid ailələri üçün 300 manatdan 500 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb. Bu təqaüdlə yanaşı, onların pensiya, yaxud müavinətlə təminatı da həyata keçirilir, şəhid ailələrinin pensiyalarına əlavə hesablanıb.

Şəhid ailələrinin övladları, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların özləri və övladları təhsil haqqı ödəməkdən azad edilir. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar da mənzillə, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar avtomobillə təminat proqramı ilə əhatə olunublar. Həmçinin onlar reabilitasiya vasitələri, sanator-kurort müalicəsi üçün göndərişlə təmin edilir, aktiv məşğulluq proqramlarında onlara üstünlük verilir. Vergi, əmək qanunvericiliyində və s. onlar üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Azvision.az


Teqlər: ƏƏSMN   20-Yanvar   Əlil  





Xəbər lenti