Azərbaycan cütlüyü olimpiadada ilk üçlükdə
![Azərbaycan cütlüyü olimpiadada ilk üçlükdə Azərbaycan cütlüyü olimpiadada ilk üçlükdə](https://azvision.az/photos/sitnikov_zlobina.jpg)
“Aysberq” Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış ediblər. Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulublar.
Hesablarına 58,15 xal yazdıran idmançılarımız bu nəticə ilə indiyədək çıxış edən 13 cütlük arasında ilk üçlüyə daxildirlər.