Yeni binada ilk mənzil şəhid ailəsinə verildi - FOTO

Yeni binada ilk mənzil şəhid ailəsinə verildi -  FOTO
  20 Yanvar 2021    Oxunub:1843
Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində yeni yaşayış binası istifadəyə verilib, binada şəhid Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunub.
Azvision.az -ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, bu gün Şahbuz rayonunda istifadəyə verilən 40 mənzilli yaşayış binasında ilk mənzil şəhid ailəsinə verilir.

V.Talıbov qeyd edib ki, 1992-ci ildə Sədərək rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunur:

"Ötən illər ərzində muxtar respublikada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həyatlarını qurban verən 42 şəhid ailəsinə mənzil verilib, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Şəhidlər, qazilər olmadan Vətən torpağı qorunmaz, suverenlik, dövlət müstəqilliyi möhkəmləndirilə bilməz. Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Azərbaycan əsgəri daim qəhrəmanlıq göstərib. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İstər Vətən müharibəsində, istərsə də Birinci Qarabağ müharibəsində şəhid və qazilərimiz olub. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizin tezliklə sağalmasını, şəhid ailələrinə isə səbr diləyirəm".

Ali Məclisin Sədri şəhid ailəsinə yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzilin orderini şəhidin anası Çəməngül Orucovaya təqdim edib.

Şəhid anası Çəməngül Orucova ailə üzvləri adından minnətdarlıq edib.





Azvision.az


Teqlər: Naxçıvan   Şəhid-ailəsi   Ev  





Xəbər lenti