Peyvənd olunan nazir müavinindən səhhəti ilə bağlı açıqlama

 Peyvənd olunan nazir müavinindən səhhəti ilə bağlı  açıqlama
  20 Yanvar 2021    Oxunub:1522
Azərbaycanda koronavirusa qarşı başlanan vaksinasiya prosesi mərhələli şəkildə davam edir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini bildirib ki, prosesin mərhələləri strategiyada qeyd olunub və kimlərin hansı mərhələdə peyvənd olunacağı öz əksini tapıb: "Birinci mərhələdə tibb işçiləri, sonra isə digər qurumlar vaksinasiya olunacaq. Mən özüm də vaksin olunmuşam və özümü yaxşı hiss edirəm".

Azvision.az


Teqlər: Səhiyyə   Nazir-müavini   Viktor-Qasımov  





Xəbər lenti