20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi

   20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi
  20 Yanvar 2021    Oxunub:2119
Azərbaycanda saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azvision.az xəbər verir ki, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Bakı buxtasındakı gəmilər fit verib.

20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrdə və gəmilərdə dövlət bayraqları endirilib.

Qeyd edək ki, bu gün 20 Yanvar faciəsinin törədilməsindən 31 il keçir.

Azvision.az


Teqlər: Sükut   Şəhidlər   20Yanvar  





Xəbər lenti