Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır

Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır
  20 Yanvar 2021    Oxunub:1345
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış hərbi qulluqçuların ehtiyaclarına uyğun olaraq reabilitasiya vasitələri, müasir protezlər ilə təminatını davam etdirir.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a bildirilib ki, Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanaraq sol ayağını itirmiş baş leytenant Mürsəlov Fərhad Əlizadə oğlu üçün yüksək texnologiyalı protezin hazırlanmasına başlanıb.

O, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qarşılanaraq, ilkin müayinə və ölçü götürülməsi işləri aparılıb.

Protezləşməyə hazırlıq müddəti bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

Azvision.az


Teqlər: ƏƏSMN   Zabit   Protez  





Xəbər lenti