20 Yanvar faciəsinin ildönümü Orduda qeyd edilib - VİDEO

  20 Yanvar 2021    Oxunub : 1496
20 Yanvar faciəsinin ildönümü Orduda qeyd edilib -  VİDEO
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində tədbirlər keçirilib, eləcə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr ziyarət edilib.




Azvision.az

Teqlər: MN   20-Yanvar