Mustafa Şəntopdan 20 Yanvarla bağlı paylaşım

Mustafa Şəntopdan 20 Yanvarla bağlı paylaşım
  21 Yanvar 2021    Oxunub:1148
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Azvision.az xəbər verir ki, parlament sədri bununla bağlı “Twıtter” hesabında paylaşım edib.

“Qardaş Azərbaycanın müstəqilliyi uğrunda 1990-ci il yanvarın 20-də şəhid olan qəhramanları rəhmət və hörmətlə yad edirəm”, - deyə M.Şəntop yazıb.

Qeyd edək ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir.

Azvision.az


Teqlər: MustafaŞəntop  





Xəbər lenti