“YAŞAT" şəhid ailələrinə dəstəyini davam etdirir - FOTO

  21 Yanvar 2021    Oxunub : 1390
   “YAŞAT" şəhid ailələrinə dəstəyini davam etdirir -    FOTO
“YAŞAT” Fondu yaralanan şəxslərin və şəhid ailəsi üzvlərinin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.
Azvision.az xəbər verir ki, Fond tərəfindən Bakı və Gəncə şəhərində müvafiq kateqoriyadan olan növbəti şəxslərin tibbi müayinələrdən keçirilməsi və əməliyyatı təmin edilib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Həmçinin, Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.











Azvision.az

Teqlər: YAŞAT   Fond   Yardım   Şəhid-ailəsi   Qazi