19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

  21 Yanvar 2021    Oxunub : 1574
   19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub
Xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.
Azvision.az -ın xəbərinə görə, bu barədə Hərbi Prokuror Xanlar Vəliyev kollegiya iclasında bildirib.

O qeyd edib ki, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə “şiddətli töhmət”, 11-nə isə “töhmət” elan edilib.

Azvision.az

Teqlər: Hərbi-Prokurorluq