"Şagirdlər Apellyasiya Şurasına müraciət edə bilər" - Vəfa Yaqublu

  21 Yanvar 2021    Oxunub : 1343
"Şagirdlər Apellyasiya Şurasına müraciət edə bilər" -  Vəfa Yaqublu
Məktəbdaxili qiymətləndirmə zamanı nəticədən narazı olanlar yenidən müraciət edə bilərlər.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışarkən deyib. Onun sözlərinə görə, biliyin yenidən qiymətləndirilməsi hələ qüvvədədir.

“Həmin şagirdlər Apellyasiya Şurasına müraciət edə və növbəti ayda əyani şəkildə qiymətləndirmədə iştirak edə bilər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Qiymətləndirmə