Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub

Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub
  21 Yanvar 2021    Oxunub:1568
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şəhid olan və yaralanan mədəniyyət işçilərinin sayı məlum olub.
Mədəniyyət Nazirliyindən Azvision.az -a bildirilib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs savaşda iştirak etmək üçün, minlərlə Vətən övladı ilə bərabər, mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub.

Qeyd olunub ki, tarixi zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb:

"Azərbaycan mədəniyyətinə xidmət etmiş bu igidlər Vətən yolunda canlarından keçərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazıblar. Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib".


Azvision.az



Teqlər: Vətənmüharibəsi  





Xəbər lenti