Türkmənistan və Azərbaycan Xəzərin sülh zonasına çevrilməsinə töhfə verirlər

   Türkmənistan və Azərbaycan Xəzərin sülh zonasına çevrilməsinə töhfə verirlər
  21 Yanvar 2021    Oxunub:1547
Xəzərdə qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir. Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər.
Azvision.az xəbər verir ki, fikirləri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyev ilə videokonfrans formatında keçirilən görüşdə səsləndirib.

Türkmənistan Prezidenti qeyd edib ki, 2018-ci ildə sahilyanı beş dövlətin rəhbərləri tərəfindən Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın imzalanması çoxtərəfli birgə işin nəticəsi idi. Bu Konvensiya Xəzərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcı oldu.

“2019-cu ildə Türkmənbaşı şəhərində keçirilmiş birinci Xəzər İqtisadi Forumunun gedişində biz Azərbaycan Hökumətinin nümayəndə heyəti ilə çox məzmunlu və faydalı danışıqlar apardıq, bir sıra mühüm razılaşmalar əldə etdik. Bu gün biz məhz ikitərəfli münasibətləri ardıcıl olaraq möhkəmlətməyin zəruriliyini şüurlu olaraq anlamağa, Xəzərdə əməkdaşlığın əsas istiqamətləri üzrə uzunmüddətli maraqların üst-üstə düşməsinə, Xəzərdə bizim dövlətlər, digər sahilyanı ölkələr, həmhüdud regionlar və iri beynəlxalq biznes üçün yəqin ki, açılan çox böyük perspektivlərin başa düşülməsinə əsaslanırıq”, - deyə Qurbanqulu Berdiməhəmmədov vurğulayıb.

“Dostluq” yatağında birgə işin uğurlu və səmərəli olacağına əminliyini ifadə edən Türkmənistan Prezidenti dövlətimizin başçısına bu tarixi sənədi dəstəklədiyinə, xalqlarımız və dövlətlərimiz arasında dostluğun, qardaşlığın və əməkdaşlığın inkişafı və möhkəmlənməsi işinə böyük diqqətinə və şəxsi töhfəsinə görə təşəkkürünü bildirib.

Azvision.az



Teqlər: Türkmənistan   Azərbaycan   Xəzər  





Xəbər lenti