"Dostluq" layihəsi neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza

   "Dostluq" layihəsi neft-kimya sənayesinin inkişafına xidmət edəcək -    Metyu Brayza
  21 Yanvar 2021    Oxunub:2246
Azərbaycanla Türkmənistan arasında bu gün əldə olunan "Dostluq" neft-qaz yatağınını birgə işlənməsi barədə memorandum vacib səhifədir.
Azvision.az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, bu saziş hər iki ölkəyə təbii qaz hasilatı sahəsində əməkdaşlıq üçün yol açır:

"Bu saziş həm də Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Azərbaycana və digər ölkələrə tranzitinə yol açacaq. Türkmənistan üçün etibarlı bazarlara çıxışı təmin etmək çox vacibdir".

M.Brayza əlavə edib ki, Türkmənistandan yeni qaz həcmləri Azərbaycanda, eləcə də Türkiyədə təbii bazara malikdir:

"Yeni türkmən qazı Azərbaycanın neft-kimya sənayesini genişləndirməyə imkan verəcək. Bir sözlə, bu, daha geniş əməkdaşlığa yol açan vacib sənəddir".

Azvision.az



Teqlər: MetyuBrayza  





Xəbər lenti