"Qarabağ", "Neftçi" və "Zirə"dən qələbə

İlk matç günündə üç qarşılaşma keçirilib. Lider “Neftçi” “Səbail”in qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. "Zirə” isə evdə “Qəbələ” ilə üz-üzə gəlib və rəqibini 2:0 hesabı ilə məğlub edib.
Günün son oyununda “Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.
Azvision.az
Teqlər: “Neftçi” "Zirə” “Qarabağ”