Böyük Britaniyanın COVID-19 statistikası

  21 Yanvar 2021    Oxunub : 1081
Böyük Britaniyanın COVID-19 statistikası
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 37 892 yeni yoluxma faktı qeydə alınıb, 1290 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 3 543 646, xəstəlikdən ölənlərin sayı isə 94 580 nəfərə çatıb.

Qeyd edək ki, COVID-19 xəstələri arasında ölüm sayının artmasına baxmayaraq, ölkədə yeni yoluxma hallarının sayı azalmaqda davam edir.

Azvision.az


Teqlər: BöyükBritaniya   COVID-19