Sumqayıt bulvarında tapılan meyitin kimliyi bilindi

Sumqayıt bulvarında tapılan meyitin kimliyi bilindi
  22 Yanvar 2021    Oxunub:1881
Sumqayıtda dəniz kənarında meyit tapılıb. Meyit bulvarın “Priçal” deyilən hissəsində aşkar olunub.
Azvision.az xəbər verir ki, şəhər polis idarəsinin əməkdaşları meyiti tapılan şəxsin 1994-cü il təvəllüdlü Bayramov Qoşqar Ərşad oğlu olduğunu müəyyən ediblər. İlkin araşdırmalara görə, 27 yaşlı gəncin intihar etdiyi ehtimal olunur.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Sumqayıt  





Xəbər lenti