Elektron dərsliklərdən istifadə 2 dəfə artıb
“Belə hallarda ən böyük problem və mənfi təsirlər daha aşağı imkanları olan təbəqələrə dəyir. Bu dünyanın hər yerində belədir. Ucqar kəndlərdə, yerlərdə yaşayan tələbələr və şagirdlərimiz daha az dəstək almış olurlar. Müsbət və mənfi tərəflər, təhsilin keyfiyyətinin hansı istiqamətdə getdiyini demək tezdir. Bilik və bacarıqlarla bağlı fevral ayında dərslər bərpa ediləndə, qiymətləndirmələr keçiriləndə daha yaxşı məlumatlar əldə edəcəyik. Bununla yaranmış boşluqları necə doldura bilərik fəaliyyət planı ilə ictimaiyyət qarşısına çıxacayıq. Pandemiya dövründə ən böyük mənfi təsir daha aşağı yaş qruplarında olan uşaqların sosial inkişafına dəyib. Çünki qapalı şəraitdə olmaları, digər dostları və sinif yoldaşları ilə olmamaları çətin vəziyyətdir. Bununla bağlı elmi araşdırmalar aparılacaq"
Aytən Zəhra
Azvision.az