Nazir pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə münasibət bildirdi

   Nazir pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə münasibət bildirdi
  22 Yanvar 2021    Oxunub:1953
Bəzi hallarda təhsil haqlarının ləğv edilməsi və dövlət tərəfindən ödənilməsi ilə bağlı fikirlər səsləndirilir. Burada diqqətli olmalıyıq. Dövlət sifarişi 2 əsasda verilir. Dövlət bunu bacarıqlarına görə, ehtiyac meyarı üzərindən verir.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ənənəvi tədrisin başlanmasına həsr olunmuş brifinqdə deyib. Onun sözlərinə görə, təhsil haqqının tamamilə dövlət tərəfindən ödənilməsi olarsa, o zaman rəqabət prinsipindən vaz keçmiş oluruq.

“Bu gün universitetlər daha yaxşı olmağa çalışırlar ki, dövlət sifarişli tələbələri cəlb etsinlər. Bu olduqca vacib məqamdır. Təhsil haqları xeyli vergi güzəştləri əsasında aşağı olan qiymətdir. Təhsil haqqı keyfiyyəti arasında əlaqəni vurğulamaq lazımdır. Bu gün orta hesabla bakalavr səviyyəsi üzrə təhsil haqqı 2500-dür. Bəzi regional ali təhsil müəssisələrində bu daha aşağıdır. Ali təhsilin qiyməti 500 manat olarsa, daha çox adam bura can atacaq. Lakin o ali təhsilli insanların iqtisadiyyata və rifahımıza əlavə dəyər qatması daha vacib sualdır”.

E.Əmrullayev bildirib ki, müəyyən sayda tələbənin ödəmə problemi var.

“Buna ali təhsil müəssisələri ilə müəyyən uzalaşmalarla, fərdi qaydada baxmaqla həll etmək vacibdir. Digər tərəfdən bu il ərzində təhsil kreditlərinin təqdim edilməsi planlarımız var. Dövlət büdcəsində bununla bağlı 80 milyon manat nəzərdə tutulur”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil   Tələbə   Nazir  





Xəbər lenti