Nardaran sakininin evindən silah götürülüb

Nardaran sakininin evindən silah götürülüb
  22 Yanvar 2021    Oxunub:1990
Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Yusifovun evinə baxış zamanı oradan “TT” markalı tapança, bir patron darağı və dörd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   TT  





Xəbər lenti