Ronaldo 6 milyonluq təklifdən imtina etdi

Ronaldo 6 milyonluq təklifdən imtina etdi
  24 Yanvar 2021    Oxunub:1913
Portuqaliya millisinin və "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının reklam təklifini rədd edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə rəhbərliyi “Visit Saudi” şüarı ilə yeni reklam kampaniyası başladıb. Məqsəd ölkəyə turistləri cəlb etməkdir.

Kampaniya ilə əlaqədar illlik 6 milyon avroluq reklam təklifi Kriştiano Ronaldoya edilib. Lakin portuqaliyalı ulduz təklifdən imtina edib. Sözügedən təklifin sonradan "Barselona"nın argentinalı ulduz futbolçusu Lionel Messiyə edildiyi deyilir.

Azvision.az


Teqlər: KriştianoRonaldo  





Xəbər lenti