Britaniya ştammı daha öldürücü ola bilər

   Britaniya ştammı daha öldürücü ola bilər
  24 Yanvar 2021    Oxunub:1981
Britaniyada ilin əvvəlində aşkarlanmış koronavirusun mutasiya olunmuş forması çox sürətlə yayılır və daha təhlükəlidir.
Azvision.az BBC-yə istinadən xəbər verir ki, bu barədə baş nazir Boris Conson bildirib.

“Bu gün bizə bildiriblər ki, daha sürətlə yayılan yeni variantın - Londonda və ölkənin cənub-şərqində aşkarlanan variantın – tez-tez baş verən ölüm hallarına səbəb ola biləcəyinə dair dəlillər var”, - deyə B.Conson söyləyib.

O, hazırlanmış vaksinlərin koronavirusun hər iki variantına qarşı təsirli olduğunu açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı həftənin əvvəlində Britaniyada aşkarlanmış koronavirusun yeni variantının artıq dünyanın 60 ölkəsinə yayıldığını bəyan edib. ÜST-də hesab edirlər ki, Britaniya ştammının yüksək ölüm dərəcəsi səhiyyə sisteminin həddindən artıq yüklənməsi ilə bağlı ola bilər.

“Əgər sizdə virusun ötürülmə sürəti artırsa, onda yoluxma halları daha da çoxalacaq. Bu, aşkar görünə bilər. Çünki yoluxma halları artdıqca, xəstəxanalar daha çox yüklənir... Səhiyyə sisteminin həddindən artıq yükləndiyi vəziyyətdə ölüm halları çoxalır”, - deyə ÜST-nin Təcili Xəstəliklər Birliyinin texniki qrupunun rəhbəri Mariya Van Kerkxove qeyd edib.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti