AŞPA-nın qış sessiyası başlayır

   AŞPA-nın qış sessiyası başlayır
  25 Yanvar 2021    Oxunub:1362
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayır.
Azvision.az xəbər verir ki, sessiya yanvarın 28-dək davam edəcək.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsi, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVID-19 vaksininin etik, leqal və praktiki tərəfləri, xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, bu il AŞPA-nın qış sessiyası hibrid formatda (birbaşa və onlayn iştirak) keçiriləcək. Sessiyada Azərbaycan təmsilçiləri də iştirak edəcək. Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildir.

Azvision.az


Teqlər: AŞPA   Sessiya  





Xəbər lenti