Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya

  25 Yanvar 2021    Oxunub : 3158
Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya
Polşanın İqtisadiyyat və İnsan Elmləri Universitetinin magistrantı Zaur Əsədzadə Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı maraqlı aksiya təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, soydaşımız universitetdə təhsil alan Ukrayna, İraq, Misir, Afrika ölkələri, Türkiyə, Türkmənistan, Gürcüstan, Belarus, Qazaxıstan, Serbiya, Rusiya və sair dövlətlərdən 200-ə yaxın tələbədən ibarət “Beynəlxalq dostlar qrupu” adlı “WhatsApp” qrupu yaradaraq ölkəmizlə bağlı informasiyaları paylaşır.

Vətən müharibəsində qazandığımız tarixi Qələbə, Xocalı soyqırımı, Qarabağ münaqişəsinin tarixi kökləri və digər məsələlərlə bağlı paylaşımlar edən soydaşımız qrup üzvlərini 20 Yanvar faciəsi ilə bağlı da məlumatlandırıb. Faciə ilə bağlı şəkilləri, məlumatları qrupda paylaşan Z.Əsədzadə tələbələrin suallarını cavablandıraraq onları dəqiq və dolğun məlumatlarla təmin edir.



Azvision.az

Teqlər: Polşa   Tələbə   Aksiya