Darya Domraçeva üçüncü qızıl medalını qazandı

Darya Domraçeva üçüncü qızıl medalını qazandı
  18 Fevral 2014    Oxunub:1488
Belarus idmançısı Darya Domraçeva Soçi Qış Olimpiya Oyunlarında üçüncü qızıl medalını qazanıb
Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında qadınlar arasında biatlon üzrə 12,5 kilometr məsafəyə yürüş yarışlarında qalib müəyyənləşib.

AzVision.az xəbər verir ki, belaruslu Darya Domraçeva məsafəni 35 dəqiqə 25,6 saniyəyə qət edərək Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

Gümüş medala çexiyalı Qabriela Soukalova, bürünc mükafata isə Norveç təmsilçisi Tiril Ekhoff sahib olublar.

Qeyd edək ki, bu, D.Domraçevanın Soçi Qış Olimpiya Oyunlarındakı üçüncü qızıl medalıdır. Belə ki, idmançı biatlon üzrə 10 və 15 kilometr məsafəyə yürüş yarışlarında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

AzərTAc


Teqlər:





Xəbər lenti