AQTA 3 mindən çox müəssisədə nöqsanlar aşkarlayıb

AQTA 3 mindən çox müəssisədə nöqsanlar aşkarlayıb
  26 Yanvar 2021    Oxunub:3461
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ötən ilin 18 avqust- 11 dekabr tarixlərində 23 rayon və şəhərdə ictimai iaşə obyektləri üzrə təşkil olunmuş 54 monitorinq qrupları tərəfindən 50,157 monitorinq keçirib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, keçirilən monitorinqlər zamanı 3 168 ictimai iaşə müəssisəsində 3 497 nöqsan aşkar edilib.

Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib. Reyd keçirilən ictimai iaşə müəssisələrində bir sıra hallarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti