Problemli kreditlərin həcmi azalıb

Problemli kreditlərin həcmi azalıb
  26 Yanvar 2021    Oxunub:2481
2021-ci ilin yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 893,1 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 3,2% azalıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) Azvision.az -a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 29,8% azalıb.

Qeyd edək ki, yanvar ayının 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6,2% təşkil edib. Bu ötən ayla müqayisədə 0,5 faiz bəndi, ötən ilin əvvəli ilə isə 2,1 faiz bəndi azdır.

Azvision.az


Teqlər: Manat   Kredit  





Xəbər lenti